Logo

“WhatsApp”dan daha bir yenilik - ÖDƏNİŞ FUNKSİYASI İŞƏ DÜŞDÜ


Populyar “WhatsApp” messencerində məhsul və xidmətləri ödəməyə imkan verən yeni funksiya yaradılıb.

Topxeber.az-ın İKT.lent.az-a istinadən məlumatına görə, “WhatsApp” istifadəçiləri bu və ya digər xidmət və məhsulları QR-şifrə vasitəsilə ödəyə biləcəklər. Belə bir imkan messencerin sonuncu versiyasında reallaşdırılıb. 

Ödəniş imkanlarını aktivləşdirmək üçün seçimlər bölməsinə daxil olmaq və orada “ödənişlər” bölməsini tapmaq lazımdır. Orada isə “yeni ödəniş” variantı mövcuddur. Bundan sonra QR-şifrəni skanlaşdıracaq kamera işə salınacaq. 

Beta-versiyada daha bir məhdudiyyət mövcuddur. Bu funksiya ancaq “WhatsApp” ödəniş sistemi işə salınmış ərazilərdə işləyir. Bununla belə, tərtibatçılar söz veriblər ki, yaxın zamanlarda messencer vasitəsilə bütün dünyada ödəniş etmək mümkün olacaq.