Logo

Şeyxülislam: Nəzir qutularına nəzarət etmirəm


150 hektar ərazim olduğu barədə söz-söhbətlər gəzir. Demək istəyirəm ki, haqqımda yayılan bu məlumatlar yalan və təxribat xarakterlidir.

Topxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün idarədə 31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbirdə deyib. 

Bildirib ki, bu məsələ ilə bağlı ölkə başçısına danışıb:

“Mənim prezidentlə söhbətlərim olur. Onunla ata-bala kimi söhbət edirik. Deyirlər, şeyxin xaricdə, ya da burada çoxlu mülkü var. Bunların hamısı yalan informasiyalardır. Əvvəla, sevinin ki, sizin şeyxiniz bu cür güclü olsun.

İkincisi isə xaricdən onsuz da dini liderə qarşı iftira var, bunu daxildə də davam etdirməklə nə əldə edirsiniz? Xaricdən həm prezidentimizə, həm də mənə - şeyxülislama qarşı belə çirkin təxribatlar törədilir.

Əsas məsələ mənəviyyatı ləkəməkdir. Həmçinin deyirlər ki, nəzir qutularına nəzarət edirəm. Yalandır. O qutularla mənim nə işim var? Bu şeylərə inanmamalı və Azərbaycan ətrafında möhkəm olmalıyıq”, – deyə A.Paşazadə bildirib.