Logo

Aİ ölkələrinə vizasız gedən gürcülərin sayı açıqlanıb


Bir il ərzində Gürcüstandan Avropa İttifaqı (Aİ) ölkələrinə 192 453 vətəndaş vizasız səfər edib.

Topxeber.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu gün Gürcüstan və Aİ arasında vizasız rejim haqqında imzalanmış sazişin qüvvəyə minməsindən bir il ötür.

Bununla əlaqədar olaraq Gürücüstan Daxili İşlər Nazirliyi xüsusi bəyanat yayıb. Bəyanatda deyilir ki, ötən il ərzində Gürücüstanın mindən bir az çox vətəndaşı Aİ ölkələrinə səfər etmək istəsələr də sərhəddə saxlanılıblar, nəticədə onlar geri qayıtmağa məcbur olublar.

Qeyd edək ki, Gürcüstan vətəndaşları Şengen zonasında hər yarım ildə 90 gün qala bilərlər, lakin işədüzəlmə haqları yoxdur.

Məftun Salmanov