Logo

Azərbaycanlı transplantoloqun Gürcüstan sərgüzəştləri - SİRR PƏRDƏSİ AÇILIR


Gürcüstanın iFact.ge xəbər portalı azərbaycanlı məşhur həkim Mircəlal Kazımi barədə geniş material yayımlayıb.

Topxeber.az həmin məlumatı təqdim edir:

 Azərbaycanlı həkim Gürcüstanda lisenziyasız əməliyyat keçirib.

Pasiyentlər səhər saat 10 olmamış həkim Mircəlal Kazıminin çalışdığı Mərkəzi Neftçilər Xəstəxanasının ətrafında toplaşmağa başlayır. Görünür gələnlərin  əksəriyyəti ona televiziya vasitəsilə göndərilib.

Onlar populyar tok-şouya istinad edərək bir-birindən soruşurlar: “Xoşqədəm Baxşəliyevanın proqramını gördüyünüz üçün gəlmisiniz? O, həmişə Mircəlalı tərifləyərək deyir ki, həqiqətən də yaxşı qaraciyər həkimidir”.

Həkim Mircəlal Kazımi Azərbaycanda tanınmış həkim- transplantoloqdur. Onun Gürcüstanda əməliyyat etdiyi hər iki pasiyenti ölüb.

Kazımi canlı donorlardan istifadə etməklə qaraciyərin qismən transplantasiyası üzrə ixtisaslaşıb və  o, Azərbaycanda bu sahədə o qədər dominantdır ki, “iFact.ge”nin müxbiri Səhiyyə Nazirliyindən transplantasiya barədə məlumat istəyəndə onlar Kazıminin əlaqə məlumatını verərək deyirlər: "Get ondan soruş".

Kazımi müxbir onun Tbilisidəki “Lanset” tibb mərkəzi barədə soruşanadək özünün qaraciyər nəqli üzrə əməliyyatları barədə fərəhlə danışıb. O, yüksək səslə “Mən bu barədə danışmayacağam!” deyərək tezliklə müsahibəni dayandırıb.

Kazımi 2016-cı ilin martında “Lanset” klinikasında bir həftə ərzində qaraciyərin nəqlii üzrə iki əməliyyat aparıb. Karlo Kekelidze (64) və Giorgi Çubinidze (41) əməliyyat olunduqdan 7 gün sonra dünyalarını dəyişiblər.

İndi Kazımi və onun Bakıdakı orqan köçürməsi üzrə komandasından 3 həkim Kamran Beydullayev, Qulam Rüstəmzadə  və Mail  Sadiyev Gürcüstanda dələduzluq və lisenziyasız fəaliyyətə görə ittiham olunurlar. Gürcüstan prokurorunun sözlərinə görə, Kazımi “Lanset” mərkəzinin pasiyentlərin birindən topladığı 35 000 larini (təqribən 14 min dollar) alıb.

Kazımi “Lanset” tibb mərkəzi ilə tanış olarkən 15 ay vaxt keçirib. Ölən iki nəfər onun qaraciyər transplantasiyasını keçirən yeganə pasiyentləri olublar. Onlar “Lanset” reklam kampaniyasını apardıqdan sonra Kazıminin yanına gəliblər. Kampaniyada “tanınmış türk həkimlərinin” Tbilisidə olduqları və orqan nəqlinə hazırlaşdıqları bildirilirdi.

 Pasiyentlərdən biri əməliyyatdan bir neçə saat əvvəl müalicə aldığı digər  xəstəxanadan çıxarılıb ki, o, prosedura görə ödəniş etməsi üçün klinikalarla 40 000 dollar məbləğində şəxsi sazişi imzalaya bilsin. Gürcüstan Səhiyyə Nazirliyi bəyan edib ki, orqan köçürülməsini və bunlardan birinin onların icazəsi olmadan yerinə yetirilməsini təqdir etmir. “Lanset” klinikasının qurucusu bu yaxınlarda dələduzluğa görə 6 il müddətinə azadlıqdan məhrum edilib.

 Pasiyentlər

 Karlo Kekelidze orqan nəqli əməliyyatından 4 gün sonra və ölümündən 3 gün əvvəl GDS teleşousunda çıxış edib.

Karlo Kekelidze ailəsi “Lanset”ə 40 000 dollar ödəməzdən əvvəl bir neçə digər klinikaların həkimləri ilə məsləhətləşib. Kazımi onlara deyib ki, orqan köçürülməsini dərhal etmək lazımdır.

Gürcüstan Səhiyyə Nazirliyi tələsməyib. İnsan haqları mərkəzinin hüquqşünası, hər iki donor alıcı şəxsin ailələləri ilə işləyən Nestan Londaridzenin sözlərinə görə transplantasiyaların qiymətləndirilməsi üçün təyin edilmiş şura bu əməliyyatın əleyhinə səs verib.

 Kazımi əməliyyatı davam etdirib. 7 gündən sonra Kekelidze ölür. Şuranın bir üzvü deyib ki, bu baş verməzdən əvvəl 2 günədək əməliyyat barədə xəbəri olmayıb.

 Londaridze deyir ki, “Lanset”in təsisçisi Fərman Ceyranovun məhkəmə prosesi zamanı orqan köçürmələri üzrə bir neçə şahid ekspertlər təsdiq ediblər ki, təcili səbəb olmayıb. Donor qismində Kekelidzenin qızı Doyki çıxış edib. Gürcüstan Transplantoloqlar Assosiasiyasının prezidenti həkim Qiya Tomadze deyir ki, donorlar ailə üzvləri olmalıdır, çünki onlar donorlar üçün ideal sayılırlar.

 Lakin nazirlik bəyan edir ki, ailənin təqdim etdiyi sənədlər öz qohumluq münasibətlərini kifayət qədər sübut etməyib. Tibbi fəaliyyətin dövlət tənzimlənməsi üzrə agentliyin rəhbəri Natia Noqaideli bəyan edir ki, nazirliyə donorla pasiyent arasında qarşılıqlı əlaqənin təsdiqi ilə birlikdə notariusla təsdiq olunmuş sənəd, donorlar və pasiyentlərdən məlumatlandırılmış razılıq sənədi, onların sağlamlığı barədə sənədlər və pasiyentin bədəninin yeni qaraciyər toxumasını qəbul etməsi və ya rədd etməsini göstərən qan təhlillərinə dair sənəd lazımdır.

 Gürcüstanın Səhiyyənin Dövlət Tənzimlənməsi Agentliyinin başçısı Natia Noqaideli deyir ki, hər iki orqan köçürməsi Səhiyyə Nazirliyindən icazə alınmadan həyata keçirilib.

İdarə heyəti əməliyyat təsdiq olunmazdan qabaq bütün bu sənədləri nəzərdən keçirir. Noqaideli deyir ki, bu, onlayn-prosesdir və şuranın qərar qəbul etmək üçün 48 saatı var.

Kazımi ailə daha çox sübut təqdim edə bilməzdən öncə 11 saatlıq nəqli həyata keçirib. Xəstənin ölüm səbəbi qismində daxili qanaxma göstərilir.

Gürcüstanın GDS teleşirkəti 2016-cı il martın 7-də, Kekelidzenin əməliyyat olunmasından 4 gün sonra və onun ölümündən 3 gün əvvəl tok-şounu “Lanset” klinikasına, Kazımiyə və qaraciyərin transplantasiyasına həsr edib. Klinika çoxlu uğurlu qaraciyər nəqlini vəd edir və hətta köçürülmə üzrə məktəbin başlamasından xəbər verir.

Verilişdə Kekelidze və qızının çarpayılarda yan-yana olduğu 6 dəqiqəlik video göstərilir. Kekelidze kameraya deyir: “Əməliyyatdan sonra yenidən doğulduğumu hiss edirəm”.

Vəkil Londaridzenin sözlərinə görə, Giorgi Çubinidze bir neçə il ərzində İspaniyada qaraciyər müalicəsi alıb. (Hər iki pasiyentin ailəsi “iFact”ın müxbirləri ilə birbaşa danışmamağa üstünlük veriblər).

Londaridze qeyd edir: “İspaniya həkimlərindən alınan hesabatda onun transplantasiyaya ehtiyacı olduğu bildirilir. Onun xəstəliyini yoxlamaq üçün yalnız hər altı aydan bir aparılan monitorinqin pisləşməməsindən danışılır”.

 İspaniya imtahanından qayıtdıqdan 3 aydan sonra Çubinidze Tbilsidə türk həkimləri üçün “Lanset”in reklamını görüb və daha bir konsultasiya aparmaq qərarına gəlir.

Londaridze deyir ki, “Lanset” klinikasının həkimləri bildiriblər ki, Çubinidzenin transplantasiyaya təcili ehtiyacı var, ailəsi onun müalicə üçün İspaniyaya qayıtmasını istəyib. Lakin “Lanset”in həkimləri bildiriblər ki, o, qan laxtasından əziyyət çəkə və ola bilsin təyyarəyə minsə, ölər.

Ceyranovun məhkəməsində ifadə verən tibbi ekspertlərin sözlərinə görə, Çubinidze qan laxtasında əziyyət çəkə biləcəyini göstərən əlamətlər nümayiş etdirməyib.

Londaridze deyir ki, “Lanset” məsləhət almaq üçün alman klinikasına bir neçə test göndərir. Lakin Kazımi Almaniyadan cavablar gələnədək hərəkət edib. Donor Çubinidzenin əmisi oğlu İona Şengeliya olub. Çubinidze 7 gündən sonra ölüb.

Çubinidzenin nəqlə görə 40 000 dollar ödəməyə pulu olmayıb. Onlar pul tapmaq üçün bir neçə gün istəyiblər. “Lanset”dən ailəyə deyiblər ki, ona təcili əməliyyat və klinikaya tez cavab vermək lazımdır.

Ardından klinikadan ailəyə bildiriblər ki, borc pul verə bilər. Londaridzenin sözlərinə əsasən, Çubinidze əməliyyatdan qabaq gecə saatlarında notariusa aparılıb ki, kredit sənədlərini imzalasın. Onun həyat yoldaşı imzalaya bilməzdi, çünki onun adına mülkiyyət yoxuydu.

Kredit sənədini imzalayan yeganə adamlar Çubinidze və Giorgi Arçxadze, “Lanset”in hüquqşünası olublar. Sənəddə “Lanset”in adı və kredit üzrə pulun hansı səbəbdən tələb olunduğu qeyd edilmir. 40 000 dolları bir aydan sonra ödəmək lazım idi, əks təqdirdə gündə 1 faiz əlavə olunacaqdı.

Onun ölümündən sonra klinikadan ailəyə zəng ediblər ki, krediti ödəsinlər. Ailə imtina edib. Qaraciyərin zədələnməsi, daxili qanaxma, qaraciyər çatışmazlığı və ağciyərin imtina etməsi Çubinidzenin ölüm səbəbi qismində göstərilir. Tomadzenin sözlərinə görə, nazirliyin transplantasiya üzrə şurası bu əməliyyat barədə heç vaxt məlumatlandırılmayıb.

Kazımi iddia edir ki, Gürcüstanın Səhiyyə Nazirliyi hər iki transplantasiyanı təqdir edib.

O bildirib: “Azərbaycanda bu prosedur çox fərqlidir. Pasiyent donor olacaq qohumları ilə gəlir və bu, uyğun donordusa, klinika əməliyyatın aparılıb-aparılmamasına qərar verir. Mən Azərbaycanda qaraciyər köçürən yeganə həkiməm. Türkiyə həkimləri gəldilər və üçünü etdilər. Qalanını mən etdim. Biz pasiyentlərə əməliyyatın riskləri barədə bilməsinə imkan veririk. Gürcüstanda prosedur fərqlənir. Donor və alıcı Səhiyyə Nazirliyinə müraciət edir və komissiya əməliyyat barədə, bunun yaxşı uyğunluq təşkil edib-etməməsinə qərar verir. Onların uyğunluq təşkil etməməsi ilə bağlı çoxlu hallar var. Azərbaycanda biz alan şəxsə deyirik ki, sizin donorunuz uyğun deyil. Onlar üst-üstə düşürsə, əməliyyat üçün vaxt seçirik”.

Kazıminin sözlərinə görə, o, Azərbaycanda 2008-ci ildən bəri 117 qaraciyər transplantasiyasından 114-nü edib. O deyir ki, bu pasiyentlərdən 14-ü ölüb.

“Lanset”in qaraciyər transplantasiyasını keçirən iki pasiyenti olub. 2014-cü ildən etibarən Gürcüstanda daha 33 qaraciyər transplantasiyası olub. Nəqli həyata keçirən  xəstəxanalara Tbilisidəki “Aversi” klinikasını və “İnqorovka” klinikasını, Batumidəki “Eveks” xəstəxanasını aid edirlər. Pasientlərdən beşi ölüb.

 Tomadze izah edib ki, xarici həkimlərə Gürcüstanda işləmək üçün lisenziya lazımdır. Kazımi Gürcüstana gələndə illik lisenziya alıb, lakin iki nəqlədək vaxt bitib. İki ölümün ardından 6 ay sonra onun lisenziyası bərpa edilib. Onun komandasındakı üç azərbaycanlı həkim Gürcüstanda heç vaxt lisenziya almayıblar.

 Tomadze qeyd edib: “Əcnəbi həkimlərin lisenziya almaları üçün vətəndaşlığını, təhsilini, rezümesini, vətənindəki lisenziyasını və əməliyyat fəaliyyətini yoxlayırıq.  Səhiyyə Nazirliyinə tövsiyələr veririk və onlar qərar verirlər”.

 Tomadze deyir ki, Kazımi ola bilsin lisenziya müddətini uzatmağı unudub: “Onu şəxsən tanıyıram. O, həqiqətən də yaxşı insandır. Bu lisenziyanı almağı ona şəxsən məsləhət görmüşəm. Biz istəyirdik ki, o buraya köçsün”.

 “Kazımi reklamda niyə türk həkimi olduğunu deyir ?” sualına Tomadze belə cavab verib: “Ola bilsin bu, səhv idi. Bunun qəsdən və ya təsadüfən edildiyini bilmirəm. Kazımi özünün bəzi tibbi araşdırmalarını Türkiyədə edib”.

 Gürcü prokuror vurğulayıb ki, “Lanset” klinikası cərrah-transplantoloqun Türkiyədən Gürcüstana dəvət edildiyini və onun qaraciyər problemləri olan insanlar üçün pulsuz konsultasiyalar aparacığını demək üçün televiziya və sosial şəbəkələrdən istifadə edib.

Qeyd edək ki, Mircəlal Kazımi Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiridir.

Gürcüstan Baş Prokurorluğu Azərbaycandan olan cərrah-transplantoloq barəsində bir müddət əvvəl cinayət təqibinə başlayıb.

 Gürcüstan Baş Prokurorluğunun   yaydığı məlumatda bildirilir ki, cərrah M.K. pasientlərin böyük həcmdə pul vəsaitinin mənimsənilməsi və mənimsənilməsi cəhdi ilə bağlı başlanılmış cinayət işi üzrə ittiham olunur.

"Cərrah M.K. istintaq orqanlarına gəlməkdən imtina etdiyinə görə prokurorluq məhkəməyə onun saxlanılması barədə qərar qəbul etməklə bağlı müraciət edib. Müraciət təmin olunandan sonra M.K. axtarışa veriləcək, - deyə məlumatda deyilir.

 Qeyd edək ki, M. Kazımi F. Ceyranov həbs edilən vaxt ünvanına səslənən ittihamları rədd etmişdi. 

Xatırladaq ki, Tiflisdə fəaliyyət göstərən “Lanset” klinikasının sahibi Fərman Ceyranov saxlanılıb. Onun həbsinə səbəb sahibi olduğu klinikada 2016-cı ildə qanunsuz qaraciyər transplantasiyasının keçirilməsi və üstəlik də əməliyyatın uğursuz alınması olub; xəstə dünyasını dəyişib.

 Ceyranov Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsi (dələduzluq) ilə günahlandırılır. Gürcüstan İctimai Televiziyası cinayət işində iki nəfərin adının keçdiyini açıqlayıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl “Lanset”in lisenziyası geri alınıb.

 Məftun Salmanov