28.03.2018 17:00
72
Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın Azərbaycandakı səfirliyində olub - FOTOLAR
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 28-də Rusiya Federasiyasının ölkəmizdəki səfirliyində olub.
Topxeber.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

