Logo

Keçmiş basketbolçu aeroportda yaşayır


Keçmiş basketbolçu Mehmet Şanlı bir müddətdir İstanbuldakı Atatürk aeroportunda yaşayır.

Topxeber.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, vaxtilə peşəkar səviyyədə basketbol oynamış, lakin səhhətundə yaranan problemlərə görə çətin günlər keçirən 23 yaşlı Şanlı 1 aya yaxındır ABŞ-a getmək üçün gəldiyi Atatürk aeroportunda qalır.

Uçuş üçün lazımi sənədləri olmayan Şanlı bu gün uçuş cədvəllərindəki səfər saatlarına baxdıqdan sonra pasport nəzarət nöqtəsinə yaxınlaşaraq ABŞ-a getmək istədiyini deyib. Lakin ona lazımi sənədə malik olmadığı və buna görə də uçuş üçün prosedurların aparılmasının mümkün olmadığı bildirilib.

Şanlı daha sonra terminalda vaxt keçirməyə başlayıb. Qeyd edək ki, Şanlının yemək ehtiyacları hava limanının əməkdaşları tərəfindən qarşılanır.

Məftun Salmanov