Logo

Kemerovo yanğınına görə ilk həbs edilən


Kemerovo rayon məhkəməsi yanğın baş verdiyi “Zimnyaya vişnya” ticarət-əyləncə mərkəzinin icarədarı Nadejda Suddenoku iki ay müddətinə həbs edib.

Topxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, o, təhlükəli xidmətlər göstərməkdə ittiham edilir. İstintaq nümayəndəsi həbsə dair vəsatət qaldırıb. N. Suddenokun müdafiəçilərindən biri diqqətə çatdırıb ki, məkanın icarədarları da yanğından zərər çəkiblər, lakin binanın digər icarədarlarına və mülkiyyətçilərinə irad irəli sürülmür.

Xatırladaq ki, yanğın nəticəsində 41-i uşaq olmaqla 64 nəfər həlak olub.

Məftun Salmanov