28.03.2018 19:30
190
Türkiyəli nazir:" Azərbaycan böyük seçki təcrübəsinə malikdir"
"Aprelin 11-də keçiriləcək prezident seçkilərində Azərbaycan xalqının düzgün seçim edəcəyinə, ən layiqli namizədə səs verəcəyinə inanıram"
Topxeber.az bildirir ki, bu sözləri sechki-2018.az saytına açıqlamasında Türkiyənin inkişaf naziri Cevdet Yılmaz söyləyib.
Azərbaycanda demokratik islahatların həyata keçirildiyini, ölkənin bütün sahələrdə inkişafa nail olduğunu bildirən nazir deyib: "Azərbaycan böyük seçki təcrübəsinə malikdir. Ölkədə şəffaf, azad seçki mühiti formalaşıb. 11 aprel seçkilərinin də digər seçkilər kimi beynəlxalq standartlara uyğun şəkildə keçəcəyinə inanıram”.