Logo

ŞOK Hadisə - 3 qız 1 oğlanı qaçırmağa çalışıb, səbəb isə...


3 nəfər sərxoş qız yol kənarında sevgilisi ilə dayanan bir oğlanı qaçırmağa çalışıb.

Topxeber.az-ın BAKU.WS-ə istinadən verdiyi məlumata görə, Çində 3 qız gecə klubunda spirtli içkinin dozasını qaçırdıqdan sonra, yol kənarında dayanan bir oğlanı taksi ilə qaçırmağa çalışıblar.

Hangzhou şəhərində baş verən gözlənilməz hadisədə, 20 yaşında olan 3 qız əyləncə məkanından çıxarkən taksi gözləyiblər. Sərxoş qızlar yolda avtomobil gözləyən bir oğlan olduğunu fərq edib.

O arada bir taksi dayandıran qızlar, oğlanı maşına mindirməyə çalışıb. Oğlan şok vəziyyətdə olarkən, yanındakı qız əyləncə məkanın qorumalarına yaxınlaşaraq hadisəni onlara danışıb. Əyləncə məkanının qorumaları qızlara müdaxilə edib polis çağırıb.

Qadınlar polisə ifadə verərkən bildiriblər ki: “Oğlan çox yaraşıqlı idi. Onunla vaxt keçirmək istədik”.

Qeyd edək ki, qızlar hər biri 47 dollar cərimə və 7 gün həbslə cəzalandırılıblar.