Logo

Azərbaycanlı qəza törətdi, 4 yaşlı uşaq öldü - Türkiyədə


Türkiyədə 29 yaşlı azərbaycanlı sürücü Nurlan Cəfərli qəza törədib.

Topxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Süleyman Tülekin idarə etdiyi avtomobillə Cəfərlinin 09 HD 300 markalı avtomobili toqquşub. Nəticədə Tülek, həyat yoldaşı və 4 yaşlı oğlu Furkan yaralanıb. Xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, açılan hava yastığının zərbəsindən boynu qırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb. 

Qəzaya səbəb Nurlan Cəfərlinin qırmızı işıqda yolu keçməsi olub. O, ifadəsində "Dostlarımın qəza keçirməsi ilə bağlı məlumat aldım, yetişmək üçün sürətli gedirdim" deyib.