Logo

Məşhur “qanuni oğru” həbs edildi


Moskvanın Nikulin məhkəməsi “kriminal avtoritet” Zaxariya Kalaşovu (Şakro Molodoy)  9 il 10 ay müddətinə həbs edib.

Topxeber.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, məhkəmə “qanuni oğru”nu qəsb etmədə təqsirli bilib. Kalaşov bütün hokum üzünü geniş qara başlıqla örtərək və arxasını hakimə tərəf çevirməklə qulaq asıb. Qalan 10 məhkum 7 il 2 aydan 9 il 2 ayadək müddətə həbs olunublar.

Şakro Molodoy Moskvanın “Elements” restoranın sahibindən zorla rüşvət almaqda ittiham edilirdi. Restoran ilə “qanuni oğru” arasında münaqişə atışma ilə nəticələnub, iki nəfər həlak olub. Qeyd edək ki, Z. Kalaşov Tbilisidə anadan olub və milliyətcə yezididir.

Məftun Salmanov