Logo

Qıza təcavüz edənləri soyundurub küçələrdən keçirdilər - VİDEO - FOTO


Hindistanın Arunaçal-Pradeş ştatındakı Yinkionq bölgəsindəki kəndlərdən birində 17 yaşlı qıza təcavüz etmiş iki kişiyə çox ağır cəza verilib.

Topxeber.az Milli.Az-a istinadən bildirir ki, kənd sakinləri bu kişiləri tutandan sonra möhkəm döyüblər, sonra da soyunduraraq küçələrdən keçiriblər.

Daha sonra bu şəxslər polisə təhvil verilib.

17 yaşlı qıza 4 kişinin təcavüz etdiyini deyilir. Digər iki nəfərin axtarışlarına başlanıb.

Polisdən verilən məlumata görə, Facebook-da 21 yaşlı gənclə ilə tanış olan qız onunla görüşməyə razılıq verib. Görüşə yollanan qızı həmin şəxs və onun 3 yoldaşı zorlayıblar.

Gecə saat 2-də qızı evinin yanındakı küçənin kənarına atan kişilər avtomobillə aradan çıxıblar. Qız ertəsi gün polisə şikayətlənib.

Lakin həmin qızın ailə üzvləri və qohumları əxlaqsızların ikisini polisdən əvvəl tutublar.