Logo

Yeni qərar! Torpaq əkməyənlər üçqat vergi ödəyəcək


Özbəkistan höküməti vətəndaşlarını xəbərdarlıq edib. Belə ki, səmərəli istifadə olunmayan həyətyanı sahələrə görə torpaq vergisi üçqat artırılacaq.

Topxəbər.az BBC-yə istinadən bildirir ki, rəsmilər "fermerlik fəaliyyətinə, istixana, mal-qara və toyuq-cücə saxlanmasına əhalidəki marağı müəyyən etmək üçün" bütün həyətyanı sahələri ildə iki dəfə baxışdan keçirəcək. Xəbərdə deyilir ki, polis, vergi müfəttişləri və yerli prokurorlardan ibarət yeni yaradılan heyət "həyətyanı sahədən səmərəli istifadə edilmədiyini" aşkarlayacağı təqdirdə torpaq vergisi üçqat olacaq. Xatırladaq ki, yeni qayda prezident Şavkat Mirziyoyevin vətəndaşların süd və kartof kimi məhsulları həyətyanı sahələrdə yetişdirmək əvəzinə bazar-dükandan almalarından məyusluq hissi keçirdiyini bildirəndən sonra elan edilib.

Əminə Şahin