Logo

Yousafzai güllələndiyi ölkəsinə gəlib


Nobel Sülh Mükafatı qalibi Malala Yousafzai Taliban yaraqlıları tərəfindən güllələndikdən sonra ilk dəfə Pakistana gəlib.

Topxeber.az BBC-yə istinadən bildirir ki, o, baş nazir Shahid Khaqan Abbasi ilə görüşəcək. Səfərin tam təfərrüatı isə açıqlanmır. Hazırda 20 yaşı olan hüquq müdafiəçisi Malala 2012-ci ildə qızların təhsil alması üçün apardığı kampaniyanın qurbanı olub. Taliban yaraqlıları buna görə onu güllələmişdilər. Malala 2014-cü ildə Nobel Sülh Mükafatını alıb.

Əminə Şahin