Logo

"Əlli yaşlı kişiylə münasibətim..." — GƏNC AKTRİSADAN CƏSARƏTLİ AÇIQLAMALAR


Topxeber.az xəbər verir ki, gənc aktrisa Gülşən Hüseynli "Ölkə.Az"-ın suallarını cavablandırıb.

- Son vaxtlar xeyli tənqid olunursuz. Sizcə, səbəb nədir?

- Peşəsindən asılı olmayaraq, gündəmdə olan insan haqda çox danışırlar. Çəkildiyim iki film -   "Ağ tük" kinomediyası və "Güc sahibi" mistik trilleri bu ay tamaşaçıların ixtiyarına verilib. Bir ayda iki filmin tamaşaçılara təqdim edilməsi aktrisa üçün böyük göstəricidir.

- Bəlkə bu tənqidlər, diqqət mərkəzində olmaq aktrisalığınıza görə yox, məhz geyiminizə görədir? - Sənət dostlarım oyunumu bəyəndiklərini söylədilər. Onların arasında yetərincə təcrübəli aktyorlar, yaxınlarım və filmi izləyən tamaşaçılar da var. Sosial şəbəkələrdən xoş sözlərlə dolu mesajlar alıram. Ancaq maraqlıdır ki, böyük əksəriyyət mənim qala gecəsinə geyindiyim paltarı, makiyajımı müzakirə edir. Düşünürəm ki, önə çıxdığım üçün iradlara da hazır olmalıyam.  Bu, hər bir qadının başına gələ bilər. Əvvəl çox əsəbləşirdim, indi təbii qarşılayıram.

- Bəlkə, söhbətimizin bu yerində özünüz haqda məlumat verəsiniz?

- 1991-ci ilin yanvar aynını 15-də Bakı şəhərində anadan olmuşam. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Məktəbimizin teatrının rəhbəri olmuşam. Sonra "Bakılılar klubu" KVN komandasında oynamışam. On iki yaşım olanda dəyərli rejissorumuz Elxan Cəfərovun Mikayıl Müşfiqin 100 illiyinə həsr etdiyi "Yenə o bağ olaydı" filmində Dilbər Axundzadəni oynamışam. On iki yaşımda 16-17 yaşlı qızı oynayırdım.

- Yeri gəlmişkən, "Yenə o bağ olaydı"da yaşınızdan çox görünürsünüz. Bəlkə də bu cüssənizlə bağlıdır. Boyunuz da əksər aktrisalardan hündürdü...

- Bəli, boyum 178 santimetrdir. 

- Model kimi fəaliyyət göstərmisinizmi?

- Əvvəl hə, indi yox.

- Açıqlamalarınız yetərincə açıq olur. Qınanmaqdam narahat deyilsiniz? Məsələn, demişdiniz ki, evli kişiylə eşq macərası yaşamaq normaldır.

- Sual verildi ki, evli insanı sevərsinizmi? Cavab verdim ki, sevgi azaddır, evli kişiylə eşq yaşamaq olar, amma mən yaşamaram. Sadəcə, həmin hissəni müsahibədən çıxartmışdılar. Evli insanla münasibət yaşamamışam və yaşamaram da. Çünki ailəsi var, ona ümid bağlamaq real deyil. Amma bəzən görürsən ki, evli kişilər, qadınlar ailələrini atıb, başqasıyla münasibət qururlar. Bu onların öz seçimidir. Əvvəl belə şeylərə təəccüblənirdik, indi normal qəbul edilir. Əslində, normal hal deyil.

- Açıq danışdığınıza görə başınız ağrıyıbmı?

- Soruşublar ki, iş adamından sevgi təklifi almısınızmı? Demişəm ki, bəli, olub. Sonra başlıqlarda oxuyuram ki, iş adamının mənə sevgili olmaq təklif etdiyini yazırlar. 

- Belə açıqlamalar verəndə bilmirsiniz ki, başlığa çıxarılacaq?

- Bilirəm yazacaqlar. Ancaq olanı deyirəm.

- Bəs nə zamansa belə bir təklifi qəbul etmisinizmi?

- İyirmi yaşım olanda özümdən 2-3 yaş böyük iş adamı məni sevib. İyirmi altı yaşım varsa, bu vaxta qədər sevgilimin olmaması mümkünsüzdür. Sevgilim olub, o da yetərincə tanınmışdır. Sadəcə, onun etdiyi səhvin ucbatından bizdə alınmadı.

- Konkretləşdirsək?
- Tanıdıqca gördüm ki, görünüşüylə hərəkətləri üst-üstə düşmür. Daha doğrusu, o şəxs tanınmış iş adamının oğluydu. 

- Sizi qıcıqlandıran tənqidlər olurmu?

- Əvvəl qıcıqlandırırdı, indi öyrəşmişəm. Düzdür, bəzən əsəbləşirəm. Çünki ailəm də məni izləyir. Subay qızam, gələcəkdə ailəm, uşaqlarım olacaq. İstəmirəm ki, onların yadında keçmişdə qalmaqalları olan sənətçi kimi qalım. Övladlarım başa düşəcəklər ki, onların analarında günah yoxdur, sadəcə, o vaxt belə idi. 

- Dünyaca məşhur xanımlar biznes adamlarıyla şam yeməyinə gedirlər və həmin görüşdən alınan vəsait bəzən xeyriyyə işlərinə xərclənir. Hətta bəzi ulduzlar kimləsə bir gecə keçirmək üçün konkret məbləğ açıqlayırlar...

- Məndə belə şey olmayıb. Səhnədən kənar insanların da həyatında belə şeylər var. Hətta Krişianu Ronaldunun pul qarşılığında şam yeməyi etdiyini oxumuşdum. İnanmıram ki, Azərbaycanda kimsə xeyriyyə üçün belə addım atsın.

- Sizə təklif edilib?

- Pula həris insan deyiləm, özümün, ailəmin normal imkanları var. Həqiqətən də sevdiyim insan olsa, onunla sağlam münasibətlərim ola bilər. Kimsə məni yanında pulla saxlaya bilməz. Belə münasibətlər mənə bilirsiniz nəyi xatırladır? Sanki ofisə işə girib, oradan aylıq maaş alırsan.

- Əlli yaşında olan birini sevməyiniz mümkündür?

- Əlli yaşında bir insanın hansısa hərəkəti xoşuma gələ bilər. Sevəcəyim insanın maksimum 35-36 yaşı ola bilər.

- Bəs yaşca kiçik?

- Mümkündür. 

- Həmkarlarınızdan evlilik təklifi edən olub?

- Bəli, tanınmış müğənnidən evlilik təklifi almışdım. Ancaq adını açıqlamayacağam. Ümumiyyətlə, uşaq yaşlarımdan ailə qurmaq təklifləri alıram. Həmin sənətçi ailəli olduğu üçün adını açıqlamağa gərək yoxdur. 

- Nəyin müqabilində peşənizdən uzaqlaşarsınız?

- Model kimi dükanların siması olmuşam. Ancaq əsas peşəm aktrisalıqdır. Savadlı aktrisayam, iki ali təhsilim var. Pedaqoji Universiteti də bitirmişəm. 

-  Gənc aktrisalara verilən ənənəvi sualı vermək istəyirəm. Açıq-saçıq səhnələr sizinçün qəbul oluna bilərmi?

- Xaricd yaşasaydım, açıq səhnələrə çəkilərdim. Amma Azərbaycanda belə səhnələrə çəkilməzdim.

- Ailəniz sizə qadağa qoyur?

- Anam da, atam da qısa geyinməyimə, dekoltelərimə, hətta makiyajıma qarışdırdılar. Sonra geyimlərimi elə seçdim ki, ortaq məxrəcə gələ bilək. Həm də başa saldım ki, sənətçiyəm, cəsarətli geyimlər də mənə yaraşır.