Logo

Ərli qadın İnstaqram-da tanış olduğu kişini evə çağırdı - Xəyanətini 3 yaşlı qızı üzə çıxardı


İstanbulun Üsküdar rayonunda işdən evə qayıdan kişi arvadını sevgilisi ilə yarıçılpaq vəziyyətdə tutub. 

Topxeber.az Milli.Az-a istinadən xəbər verir ki, həyatının şokunu yaşayan ər bıçaqla arvadını sinəsindən yaralayıb, onun sevgilisini isə öldürüb.

Mahir Ardıç ilə evli olan B.A. Instagram hesabından Mahmut Çütçü ilə tanış olub. Gənc qadın əri işdəykən sevgilisini evinə çağırıb.

İşdən evə qayıdan Mahir Ardıçın qapının zəngini çalmasından qorxuya düşən Mahmut Çütçü evin yuxarı mərtəbəsinə çıxıb.

Ər arvadının yarıçılpaq və həyəcanlı halından şübhələnib

Yarıçılpaq qapını açan həyat yoldaşının həyəcanlı halından şübhələnən Mahir Ardıç şübhələnərək evin yuxarı mərtəbəsinə qalxıb. Orada Mahir Ardıç Mahmut Çütçü ilə qarşılaşıb.

Gözünü qan alan Mahir Ardıç arvadının sevgilisini döyməyə başlayaraq qaçmağına mane olub. Ardınca iş yerindən dostu Çetin Tanrıtanırı çağıran ər birlikdə Mahmut Çütçünü döyüblər.

Mahmut Çütçünü 4 dəfə bıçaqlayan ər arvadını da sinəsindən bıçaqlayaraq yaralayıb.

Mahmut Çütçü aldığı bıçaq zərbələrindən dünyasını dəyişib.

Hakim qarşısına çıxarılan şübhəlilərdən Çetin Tanrıtanıra "qəsdən adam öldürməyə kömək" əməlindən 10 ildən 15 ilə qədər həbs cəzası istənilib.

Mahir Ardıçın isə 13 il 6 aydan 22 il 6 aya qədər həbsi istənilib.

İttiahamnamənin göndərildiyi İstanbul Anadolu 11-ci Ağır Cəza Məhkəməsi onu qəbul edib.

Qeyd edək ki, dəhşətli cinayət hadisəsi ilə bağlı bundan əvvəlki xəbərimizdə işdən evə tez gələn M.A.-ya 3 yaşlı qızının "Evdə çılpaq bir kişi var" dediyi barədə məlumat vermişdik.