Logo

Fransada yaşayan iki azərbaycanlı güllələndi


Topxeber.az “Report”a istinadən verdiyi məlumata görə, hadisə Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınıb.

Qeyd olunub ki, “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb.

Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.

Qeyd edək ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.