Logo

Kalın Makronun cavabını verdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Fransa Prezidenti Emmanuel Makronun YPG ilə dialoq təklifinə sərt cavab verib.

Topxeber.az-in “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Kalın bildirib ki, Fransa Prezidentinin təklifi ciddi deyil və Ankara bu təklifi rədd edir. 
O qeyd edib ki, PKK/PYD/YPG terror təşkilatı özünü Suriya Demokratik Qüvvələri (SDQ) adı altında özünü leqallaşdırmağa çalışır: “Bu cür terror təşkilatları  dialoq, təmas qurulması və vasitəçilik edilməsi kimi ciddilikdən uzaq yanaşmaları rədd edirik. Dost və müttəfiq bildiyimiz ölkələr terrorun hər növünə qarşı  konkret mövqe nümayiş etdirməlidir”.
Xatırladaq ki, Makron dünən SDQ-nin nümayəndə heyəti ilə görüşərək  Parisin onlara dəstəyini ifadə edib. O, həmçinin Parisin vasitəçiliyi ilə Türkiyə və SDQ arasında dialoqun qurulmasına ümid etdiyini bəyan edib.

Məftun Salmanov