Logo

Millət vəkili: “Bəzi məmurlar Stepan Şaumyanın müdafiəsinə qalxdılar”


“Təəssüf ki, Azərbaycan prezidentinin göstərişindən sonra 26 Bakı komissarlarının qəbirlərinin açılaraq araşdırılması zamanı bəzi məmurlar Stepan Şaumyanın müdafiəsinə qalxdılar”. 

Topxəbər.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında deputat, tarixçi alim Yaqub Mahmudov bildirib.

 ”Araşdırma zamanı Şaumyanın o qəbirdə olmadığı aşkarlanıb. Biz bunu dünyaya bildirdik. Amma təəssüf ki, bəzilər dərhal Şaumyanın müdafiəsini təşkil edərək bunu ört-basdır etmək istədilər. Bu səbəbdən həqiqəti tam olaraq bəyan edə bilmirik”.