30.03.2018 13:13
160
Milli Məclisdə Elmar Məmmədyarovun istefası tələb olundu
Topxeber.az xəbər verir ki, "Ölkə.Az"-ın məlumatına görə, Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib ki, xarici işlər naziri Elmar Məmmədyarov prezident İlham Əliyevin hücum diplomatiyasına adekvat ola bilmir:
"Çox təəssüf edirəm ki, prezident İlham Əliyev tərəfindən müəyyən olunan hücum diplomatiyasına Azərbaycanın xarici işlər naziri adekvat addımlar atmır. Onun Azərbaycan qarşısında ən böyük xidməti o olar ki, öz təşəbbüsü ilə istefaya getmiş olsun".
Milli Məclisin sədri Oqtay Əsədov isə Fəzail Ağamalının istefa çağırışına qısa münasibət bildirib:"Xeyr ola, Ana Vətən Partiyası yapışanda, yalnız xarici işlər nazirindən yapşır?".