Logo

“Qarabağ” İsraildən müdafiəçi alır?


Hayfa “Hapoel”inin futbolçusu Nisso Kapiloto karyerasını Azərbaycanda davam etdirə bilər. 

Topxeber.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilir ki, “Qarabağ” 29 yaşlı mərkəz müdafiəçisinin xidmətində maraqlıdı. Xəbərdə Ağdam təmsilçisinin nümayəndələrinin onunla danışıq aparmaq üçün İsrailə yollanmaq niyyətində olduqları da yazılıb.