Logo

Rusiya dünyanı qorxuya salan raketin sınağını keçirdi


Putinin 1 mart tarixində çıxışı zamanı "Sarmat" raketi barədə ictimaiyyətə məlumat verməsi dünya ölkələrində böyük narahatlıq yaratmışdı.

Topxeber.az Faktxəbər-ə istinadən xəbər verir ki,Rusiya Müdafiə Nazirliyi qitələrarası ballistik raket olan "Sarmat"ın sınağını keçirib. Plesetsk kosmodromunda keçirilən sınağın ilkin görüntüləri "YouTube" səhifəsinə yerləşdirilib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin 1 mart tarixində çıxışı zamanı "Sarmat" raketi barədə ictimaiyyətə məlumat verməsi dünya ölkələrində böyük narahatlıq yaratmışdı.

Məlumat üçün bildirək ki, "Sarmat" raketi düşmənin raket müdafiəsini aradan qaldırma imkanına malikdir, həmçinin böyük kütləli, güclü döyüş başlıqlarını daşımağa qadirdir və xüsusiyyətlərinə görə hazırda qitələrarası raketlərin hamısından üstündür.