Logo

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi


Rusiya səfirliyi Kemerovo şəhərində baş vermiş faciə ilə əlaqədar başsağlığı verdiyinə görə Azərbaycan hakimiyyətinə və xalqına təşəkkür edib.

Topxeber.az bu barədə "Report"-a istinadən xəbər verir.

"Səfirlik Azərbaycan hakimiyyət nümayəndələrinə, diplomatik missiyaların rəhbərləri və işçilərinə, ictimai təşkilatlara Kemerovo şəhərində yerləşən "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində baş vermiş faciə ilə əlaqədar başsağlığı verən hər kəsə minnətdarlığını bildirir", - məlumatda deyilir.

Qeyd edək ki, martın 28-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Kemerovo şəhərində baş vermiş yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiyanın ölkəmizdəki səfirliyinə gələrək başsağlığı verib.

Qeyd edək ki, martın 25-də Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində yanğın baş verib. Alov binanın sonuncu mərtəbəsində - kinozalların olduğu ərazidə qeydə alınıb. Bazar günü olduğundan burada çox sayda uşaq olub.

Yanğın nəticəsində 64 nəfər həlak olub, onlardan 41-i uşaqdır.