Logo

Rusiyada “yararsızlar” da hərbi xidmətə çağırılacaq


Rusiya Müdafiə Nazirliyi daha əvvəl sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətdən keçməyən təqribən 3 min nəfərin 2018-ci ilin yazında orduya çağırılacağına ümid edir. 

Topxəbər.az-ın “Krasnaya zvezdaya”ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahını Səfərbərliytin təşkili idarəsinin rəisi Yevgeni Burdinski deyib.

Onun sözlərinə görə, səhhətinə görə orduya getməyənlər və ehtiyata keçənlər indi xidmət etmək istəyirlər: “Onların səhhəti yaxşılaşıb”.

Qanunvericilik daha əvvəl olnların hərbi xidmətə çağırılmasına icazə vermirdi. Lakin Rusiya Prezidenti Vladimir Putinin dekabrın 29-da imzaladığı fərmana əsasən, 27 yaşına çatmış vətəndaşlar tibbi müayinədən keçdikdən sonra hərbi xidmətə gedə bilərlər. 

Məftun Salmanov