Logo

Türkiyədə ağır yol qəzası: 17 ölü, 36 yaralı


Türkiyədə İğdır-Qars avtomobil yolunda Əfqanıstan, Pakistan və İrandan olan qaçaq miqrantları daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 17 nəfər ölüb, 36 nəfər yaralanıb.
Topxeber.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, mikroavtobus işıqfor dirəyinə çırpıldıqdan sonra alovlanıb. Həmin nəqliyyat vasitəsindən yola düşən yaralıları başqa mikroavtobus vurub. Miqrantları daşıyan mikroavtobus tam yanıb. 
Nəqliyyat vasitəsinin sərnişin tutumu 14 nəfər olduğu halda, aralarında qadınların da olduğu 50-dən çox sərnişin daşınıb. Yol-nəqliyyat hadisəsi zamanı yola düşən yaralıları vuraraq qaçan digər mikroavtobusun sürücüsü ilə onun əyləşdiyi taksinin sürücüsü saxlanılıb.


Məftun Salmanov