Logo

Türkiyədə PKK hücumu: Xeyli sayda ölən və yaralanan var


PKK terror təşkilatı Türkiyənin Siirt vilayətinin Eruh rayonunda Ormanardı baza bölgəsinə yol çəkilişində istifadə edilən texniki vasitələrin təhlükəsizliyini təmin edən təhlükəsizlik qüvvələrinə hücum edib. 

Topxəbər.az-ın DHA agentliyinə istinadən verdiyi məlumata görə, hücum zamanı yerli sakinlərdən təşkil edilmiş 6 təhlükəsizlik gözətçisi həlak olub, daha üçü və dörd hərbçi yaralanıb.
Bölgədə terrorçulara qarşı əməliyyat başlanılıb. 

Məftun Salmanov