Logo

Türkiyənin Kosovada keçirdiyi əməliyyat istefalara səbəb oldu


Kosova hökuməti təcili keçirdiyi iclasda daxil işlər naziri Flyamir Sefay və Kəşfiyyat Xidmətinin direktoru Driton Qaşiyi istefaya göndərib. 

Topxeber.az-ın TASS agentiyinə istinadən verdiyi məlumata görə, hökumətin təcili iclası Baş nazir Ramuş Haradinayın sədrliyi ilə keçirilib. İstefalara səbəb kimi Kosova məktəblərində işləyən 6 türk vətəndaşının həbs edilərək Türkiyəyə deportasiya ediməsi göstərilir. 

Baş nazir qeyd edib ki, türk və Kosova kəşfiyyat xidmətlərinin birgə keçirdiyi əməliyyat barədə ona məlumat verilməyib. Xatırladaq ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı Kosovada FETÖ-nün 6 üzvünün saxlanılması üzrə xüsusi əməliyyat keçirib.

Məftun Salmanov