Logo

Türkmənistan Prezidentinin oğlu deputat seçildi


Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar ölkə parlamentinin deputatı seçilib.

Topxeber.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısının oğlu 25-ci seçki dairəsindən seçilib. Səsvermə martın 25-də keçirilib. Ümumilikdə bu dairədə seçici siyahısına 30 316 nəfər daxil edilib. Sərdarın seçkilərdəki rəqibi məktəb direktorunun tədris-tərbiyə işi üzrə müavini Oğulceren Qurdov olub. Prezidentin oğlu seçicilərdən 25 700 səs (91,42 faiz), rəqibi isə 2412 səs (8,58 faiz) toplayıb.

Qeyd edək ki, Aşqabad şəhər sakini olan Sərdar 1981-ci ildə anadan olub.  Səfərmurad Niyazov adına Türkmənistan Kənd Təsərrüfatı Universitetini bitirib, ixtisasca mühəndis-texnoloqdur. 2008-2011-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb və beynəlxalq münasibətlər üzrə mütəxəssis ixtisasına yiyələnib. 2011-2013-cü illərdə, həmçinin Cenevrədə Təhlükəsizlik Siyasəti Mərkəzində oxuyub və Avropa və beynəxalq təhlükəsizlik üzrə ixtisas alıb.

Türkmənistan parlamentinin üzvləri 5 il müddətinə seçilirilər.

Məftun Salmanov