Logo

Ziya Əzizov oynadı, komandası qalib gəldi


Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 32-ci turun oyunları keçirilib.

Topxeber.az  komanda.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi "Den Boş" da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Maastrixt"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Əzizov da bu görüşün iştirakçısı olub. O, matçın 90-cı dəqiqəsində meydana buraxılıb.

"Den Boş" hazırda 44 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.