Logo

“Onların məqsədi cəmiyyətdə qarşıdurma yaratmaqdır”: Əflatun Amaşov​​


“Son zamanlar bəzi şəxslər sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin, o cümlədən prezident və ailə üzvləri haqqında təhqirlər səsləndirirlər”. 

Topxeber.az Sputnik Azərbaycan istinadən xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

“Mən düşünürəm ki, bu, qarşıdan gələn prezident seçkiləri ilə bağlı kompaniya xarakteri daşıyır. Xaricdə yaşayan bəzi şəxslərin təhqir və qəzəb söyüş maşını işə düşüb və bu maşını dayandırmaq mümkün deyil. Onların məqsədi isə cəmiyyətdə vətəndaş qarşıdurması yaratmaq, hakimiyyətlə xalq arasında münasibətləri pozmaqdır. ABŞ və Avropa ölkələrində on minlərlə azərbaycanlı yaşayır. Və son zamanlar keçirilən aksiyalar da həmin azərbaycanlıların Azərbaycana müsbət münasibətini ortaya qoyur. Təhqirləri dilə gətirənlər 3-4 nəfərdir. Bu məsələlər hamını narahat edir. Düşünürəm ki, müvafiq dövlət orqanları bu məsələləri araşdıracaq, müəyyən işlər görüləcək”, — deyə o bildirib.