Logo

"Paltarıma qurd yağı çəkdilər: körpəmi itirdim, ailəm dağıldı" - Azərbaycanlı aparıcı


Aparıcı-aktrisa Aysel Nazim şəxsi həyatı ilə bağlı heç yerdə danışmadığı faktları açıqlayıb.

Topxeber.az xəbər verir ki, yenicag.az-a danışan aktrisa başına dəhşətli hadisələr gəldiyini, ona cadu olunduğunu, ailəsinin də buna görə dağıldığını deyib:

“Həyat yoldaşımın yaxın qohumlarından biri paltarımı aldı ki, geyinim, sonra qaytaracam. Paltarımı geri alandan sonra ağır xəstəlik keçirtdim, yatağa düşdüm. Həmin ərəfədə bətnimdəki üçaylıq körpəmi itirdim. Hara gedirdimsə, həkimlər əlac edə bilmirdi. Yuxuda bir nurani insan mənə dedi: “Sənin paltarına cadu olunub ki, xəstəlik tapasan, ailən dağılsın”. Həqiqətən də paltarıma baxdım ki, ləkə var, dedilər ki, qurd yağı çəkiblər. Buna görə də ikinci övladıma hamilə olanda hamıdan gizlətdim. Qorxdum ki, yenə cadu edərlər və övladımı itirərəm. Dəfələrlə həyat yoldaşımla aramızda qovğalar yaşandı, bir neçə dəfə ayrılıb-barışdıq. Axırda ailəmiz dağıldı. Amma mənə pislik edən həmin qadının da başına olmazın müsibətlər gəldi, onun da ailəsi dağıldı. Cadu-piti etdirən insan sonda özü də ziyan çəkir”.