Logo

Prezident oğlunu nazir müavini təyin etdi


Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdarı ölkənin xarici işlər nazirinin müavini postuna təyin edib. 

Topxeber.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bundan əlavə, Türkmənistan prezidentinin oğlu martın 25-də keçirilən parlament seçkilərində qalib gələrək deputat mandatı qazanıb.

Xatırladaq ki, Sərdar Berdiməhəmmədov 1981-ci ildə anadan olub. O, S. Niyazov adına Türkmənistan Kənd Təsərrüfatı Universitetində təhsil alıb. İxtisasca mühəndis-texnoloqdur. 2008-2011-ci illərdə Rusiya XİN-in Diplomatik Akademiyasında beynəlxalq əlaqələr üzrə təhsil alıb. O, 2011-2013-cü illərdə Cenevrədə Siyasi Təhlükəsizlik Mərkəzində oxuyub, Avropa və beynəlxalq təhlükəsizlik üzrə mütəxəssis adını qazanıb.