Logo

Rusiya konyakının 21 faizi saxtadır


Testdən keçirilmiş konyakın təqribən 21 faizinin tərkibində üzüm spirti yoxdur, yəni saxtadır.

Topxeber.az-ın Rusiyanın NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu “Rusiya keyfiyyət sistemi” muxtar qeyri-kommersiya təşkilatının sədri Maksim Protasov deyib.

O, bildirib: “Hazırda mən ilkin olaraq deyə bilərəm ki, biz tədqiq etdiyimiz konyakların təqribən 21 faizi üzüm spirtindən hazırlanmayıb. Digər spirt növlərindən hazırlanıb. Bu baxımdan onlar konyak sayılmır”.

Rusiya konyakının yoxlanılmasına Rusiya, Ermənistan, Gürcüstan, Moldova və Fransadan olan təqribən 50 konyak markası iştirak edir. Yoxlama zamanı bəzi konyakların buğda və kartof spirtindən hazırlandığı üzə çıxıb.

Məftun Salmanov