Logo

Zakir Həsənov “Baykar Makina” şirkətində olub


Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov pilotsuz uçuş aparatları istehsal edən “Baykar Makina” şirkətində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Topxeber.Az-a verilən məlumata görə, Zakir Həsənov müəssisənin rəhbərliyi ilə görüşərək hərbi-texniki əməkdaşlıq məsələlərini  müzakirə edib və şirkət tərəfindən istehsal olunan hərbi təyinatlı döyüş vasitələrinə baxış keçirib.