Logo

Türkiyənin ixracı son 12 ayda 10,5% artıb


Türkiyənin ixracı son 12 ay üçün 10,5% artıb və 159,923 milyard dollar təşkil edib.

Topxeber.azTrend-ə istinadən bildirir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, martda ixrac ötən ilin bu ayı ilə müqaisədə 11,5% artıb, yəni 15,106 milyard dollar təşkil edib. Bu göstərici aylar üzrə ixrac tarixində ən yüksək göstərici olub.

Həmçinin bildirilir ki, 2018-ci ilin ilk üç ayı üçün ixrac 40,727 milyard dollar təşkil edib, bu da 2017-ci ilin eyni dövrü ilə müqaisədə 10,4% çox deməkdir.