Logo

Atalarının yaslarında xınayaxdi edən müğənnilərin sırasına biri də qoşuldu - Tünzalə Ağayeva


Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Ağayevanın atası Qabil bəy dünyasını dəyişib.

Topxeber.az axşam.az-a istinadən xəbər verir ki, dünən müğənninin atasının ölümündən 7 gün keçib. 

Ağayeva atasının yeddi mərasimi günü xına məclisinə qatılıb. Onun toyda mahnı oxuyarkən çəkilən görüntüsünü şairə Nazilə Səfərli İnstaqram səhifəsində paylaşıb.

T.Ağayevanın atasının yeddisi çıxmamış toya getməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hər kəs onun bu addımını qınayıb.

Qeyd edək ki, T.Ağayevanın atası dünyasını dəyişəndən sonra İnstaqram səhifəsində mahnılarını paylaşması da birmənalı qarşılanmamışdı.