Logo

Azərbaycan banklarının növbəti fırıldağı


Azərbaycanda bir neçə bankın növbəti fırıldağı üzə çıxıb.

“TopXəbər.Az” xəbər verir ki, banklar dollar alışında yeni üsula əl atıb. Belə ki, banklar arasında 1 ABŞ dollarının ən yüksək məbləğdə alışını (rəsmi saytında 1.70 manat) “GünayBank” həyata keçririr. Amma bank valyuta mübadiləsi üçün filiallarına müraciət edən vətəndaşların dollarını 1.66 manata alır.

Bank rəsmi internet saytında qeyd edib ki, bəzi filiallar və şöbələr üzrə fərqli məzənnələr tətbiq edilə bilər. Amma bankın əksər filiallarında dolların alışı 1.70 manata deyil.

“NBC Bank” da eyni üsula əl atıb. Belə ki, bank rəsmi internet saytında dolların alışı 1.698 manat yazsa da, əksər filiallarında dolların alışı 1.695 manatla rəsmiləşdirilir.

“GünayBank” dan fərqli olaraq isə “NBC Bank” rəsmi internet səhifəsində filillar və şöbələrdə üzrə fərqli məzənnələr tətbiq ediləcəyi barədə müştərilərinə məlumat verməyib.

Topxəbər.Az