Logo

Bəhreyndə ən böyük neft yatağı aşkar edilib


Bəhreyndə indiyədək ölkədəki ən böyük neft yatağı aşkar edilib.

Topxeber.az-ın  “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Bəhreynin Təbii Resurslar və İqtisadi Təhlükəsizlik Ali Komitəsindən deyiblər. Bildirilir ki, aşkar edilən yataq ölkədəki yataqlardan çox daha böyük ehtiyata malikdir və yüngül şist neftlə xeyli miqdarda dərin təbii qazla zəngindir.

Bu kəşf ölkədə ilk neft quyusunun açılışının həyata keçirildiyi 1932-ci ildən bəri ilkdir. Yeni neft yatağı Bəhreynin rəqabət qabiliyyətini dəstəkləyəcək, inkişaf təşəbbüslərinin və layihələrininin tətbiqinə töhfə verəcək.

Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında ən az neft mənbəyinə sahib olan Bəhreyn gündəlik təqribən 45 min ilə 200 min barel arasında xam neft hasil edir.

Məftun Salmanov