Logo

Elşad Miri: Bu, kapitalizmin ortaya atdığı anlayışı din adı altında insanlara sırımaqdır


Bunlar hazırda kapitalizmin ortaya atdığı anlayışı din adı altında birləşdirib insanlara sırımaqdır.

Bunu Topxeber.az-a ilahiyyatçı Elşad Miri Azərbaycanda Hz. Əlinin mövlud günü münasibətilə keçiirilən mərasimdə Hz. Əlinin şəkli olan tortun hazırlanmasını, daha sonra şam yandırılaraq "Happy Birthday" mahnısının səsləndirilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, əgər adam tort bişirib, üzərinə də Hz. Əlinin şəklini əks etdirirsə, deməli o bu addımı qəsdən edib: “Adam o cür inanıb o cür də edib”.

E. Miri bu cür mərasimin dinə heç bir aidiyyatının olmadığını qeyd edərək bildirib, bunların hamısı cahillikdən qaynaqlanır.

İlahiyyatçı xatırladıb ki, nə Hz. Məhəmmədin dövründə, nə də onun vəfatından sonra onun nə ad günü keçirilib, nə də tort kəsilib.

Məftun Salmanov