Logo

Generalın nəticəsinə qarşı dələduzluq edən şəxs saxlanıldı


Dələduzluqda təqsirləndirilən Zaur Əsgərov həbs edilib.

Topxeber.az APA-ya istinadən bildirir ki, o, məhkəmədən yayındığı üçün barəsində axtarış elan olunub. Daha sonra polis əməkdaşları tərəfindən tutulub.

Z. Əsgərovla bağlı cinayət işi baxılması üçün yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İttihama görə o, Aygün Mehmandarlıya qarşı qızıl ticarəti adı altında 12 min manat məbləğində dələduzluq edib.

Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Zərərçəkən Aygün Mehmandarlı general Səməd bəy Mehmandarovun nəticəsidir.