Logo

Latviyada rus məktəbləri latış dilinə keçəcək


Latviya Prezidenti Raymonds Veyonis milli azlıqların məktəblərində təhsilin latın dilinə tədricən keçməsini nəzərdə tutan qanunvericiliyə düzəlişləri imzalayıb.

Topxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Prezident qeyd edib ki, orta məktəbdə təhsilin latın dilində olması bütün gəncləri keyfiyyətli təhsil almaqla və Latviyada oxuyub və işləmək üçün burada öz həyatlarını qurmaqla təmin edəcək.

Onun sözlərinə görə, uşaqların milli azlıqlarla, onların eyniliyi və mədəniyyəti ilə bağlı fənləri öyrənmək, öz köklərini qorumaq və şəxsiyyətlərini hərtərəfli inkişaf etdirmək  imkanı olacaq.

Qeyd edək  ki, Latviya əhalisinin təqribən 40 faizi rusdillidir və bu qərar onların narazlığına səbəb olub. Ölkədə yeganə dövlət dili latış dilidir, rus dili əcnəbi dil sayılır.

Məftun Salmanov