Logo

Prezident İlham Əliyev Belarusun Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB


Prezident İlham Əliyev bu gün Belarus Respublikasının Baş nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Vladimir Semaşkonu qəbul edib.

Topxeber.az xəbər verir ki, bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb.  

Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Söhbət zamanı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi vurğulandı, ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artırılmasının zəruriliyi qeyd edildi.

Belarusun Baş nazirinin müavini Gəncə traktor zavodunda 10 mininci traktorun yığılmasının əlamətdar bir hadisə olduğunu vurğulayaraq, Azərbaycan ilə Belarusun bu birgə məhsulunun üçüncü ölkələrə ixrac edilməsi imkanlarının araşdırılmasının önəmini qeyd etdi. 

Dövlət başçısı, öz növbəsində, bunu əlamətdar hadisə kimi qiymətləndirərək, regionlara səfəri zamanı fermerlərin Azərbaycan-Belarus birgə məhsulu olan traktorların keyfiyyətindən razılıq etdiklərini vurğuladı və bu məhsulun ixracı üçün yaxşı imkanların olduğunu dedi.

***

Topxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezidenti İlham Əliyev bu gün Belarus Respublikasının Baş nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Vladimir Semaşkonu qəbul edib.