Logo

Prezident seçkiləri ilə əlaqədar ölkədə bu strukturlar gücləndirilmiş iş rejiminə keçdi


Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələri gücləndirilmiş iş rejiminə keçib.

Topxeber.az bildirir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Məlumata görə, "Aztelekom" və "Bakı Telefon Rabitəsi"nin telekommunikasiya qovşaqlarında müntəzəm növbətçilik təşkil olunub və əməkdaşlar rabitə şəbəkələrinin və seçki məntəqələrində quraşdırılmış kameraların texniki vəziyyətinə baxışı həyata keçirir.

Nazirliyin bütün struktur bölmələrinə rabitə xidmətlərinin, internet, televiziya, radio və poçt rabitəsinin fasiləsiz işini təmin etmək tapşırılıb.

Qurum həmçinin təhlükəsizlik xidmətlərinin gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsini və mümkün problemlərin aradan qaldırılması üçün qəza xidmətlərinin hazır vəziyyətə gətirilməsini tapşırıb.

Eyni zamanda Bakıda kabel-kanalizasiya qurğuları infrastrukturunun optimallaşdırılması üzrə işlər və tikinti-montaj işləri rabitə şəbəkələrinin işində fasilələrin yaranmaması üçün müvəqqəti dayandırılıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də baş tutacaq.