Logo

Tramp evini satır - 45 milyon dollara


ABŞ prezidenti Donald Trampa və onun sabiq xanımı İvanaya məxsus malikanə yenidən satışa çıxarılıb.

Topxeber.az Milli.Az-a istinadən bildirir ki, Konnektikut ştatındakı Qrinviç şəhərində yerləşən malikanənin ilkin satış qiyməti 45 milyon dollardır.

1800 kvadrat metr sahəsi olan evdə 8 yataq otağı, 13 vanna otağı və 8 divar sobası var.

Malikanənin "həyət"ində qolf meydanı, hovuz, habelə kiçik liman var.

Donald Tramp və xanımı İvana bu malikanəni 1980-ci illərin əvvəllərində 4 milyon dollara almışdılar.

D.Trampla İvana 1992-ci ildə boşanıblar. İvana 1998-ci ildə bu malikanəni 15 milyon dollara Robert və Syuzann Ştaynberqlərə satmışdı.