Logo

2 min illik məzardan çıxdı - Görənlər HEYRƏT İÇİNDƏ


Bolqarıstanın Filibe şəhərində aparılan qazıntı işləri zamanı II əsr - Roma imperiyası dönəminə məxsus 3 məzar otağı tapılıb.

Topxeber.az Milli.az-a istinadən xəbər verir ki, hər biri bir hissədən və 1 m. eni, 2 m. uzunluğundakı məzar otaqları kərpicdən tikilib, üzərləri isə daşlarla örtülüb.

İnsan sümüklərinin çıxdığı məzardan bir də olduğu kimi qalmış tısbağa qını aşkar edilib. Arxeoloqlar bu mənzərə qarşısında heyrətlərini gizlədə bilməyiblər.

Arxeoloqlar tərəfindən çox ehtiyatla açılan 3 məzar otağından ikisinə heç toxunulmadığı halda, birinin yüzillər öncə üzərindəki daşlar götürülərək soyulduğu təsbit edilib.