Logo

Antalyaya rekord sayda turist gəlib


2018-ci ilin mart ayında Türkiyənin Antalya şəhərinə 286 468 turist gəlib.

Topxeber.az-ın “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, bunu Antalyanın valisi Münir Karaloğlu deyib.  Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə mqayisədə 73 faiz çoxdur. 2017-ci ilin mart ayında şəhərə gələn turistlərin sayı 165 740 nəfər olub.

M. Karaloğlu ilk üç aya nisbətən isə artımın 47 faiz olduğunu diqqətə çatdırıb. Vali qeyd edib ki, 2018-ci ildə kurort şəhərinə 14 min turistin gəlməsi hədəf olaraq planlaşdırılıb.

Xatırladaq ki, bu il yanvarın 1-dən martın 31-dək Antalyaya hava yolu ilə  494 485 turist gəlib.

Məftun Salmanov