Logo

Aytəkin Alxaslı Generalla olan kuryoz hadisədən danışdı


Aytəkin Alxaslı : “İndiyə qədər heç bir velosiped də sürməmişdim”.

Topxəbər.az saytı tanınmış jurnalist Aytəkin Alxaslının müsahibəsini oxuculara təqdim edir.

-Hazırda nə işlə məşğulsunuz?

-İstipress.az saytındayam, şimal bölgənin müxbiriyəm.

-Mir Şahin müəllimdən Real TV-də işləmək təklifi gəldi?

-Xeyr, gəlməyib.

-Təklif gəlsə, gedərsiniz?

-Bildiyimə görə, bölgə müxbiri yoxdur. Bu barədə qərar verməmişəm. Mənim orada olmağım əsas deyil, əsas Real TV-nin Azərbaycan tamaşaçısının qəlbini oğurlaya bilməsidir. İstipressdə olmağım mənə xoşdur. Burada da keçmiş ansçilərdir. ANS-də olan həvəslə işləyirəm. Çalışıram ki, bölgədə baş verən hadisələri istipress.az saytına çatdırım. ANS bağlanandan sonra yeganə işçilərdənəm ki, başqa yerə getmədim, gedənləri də qınamıram. Real TV-yə də uğurlar arzu edirəm.

-Sosial şəbəkədə yayılan videorolik barəsində danışaq. Hadisə necə baş vermişdi?

-O hadisə 2011-ci ilin dekabrın 2-də olub. Üstündən neçə il keçib. Təzədən bu videonun gündəmə gətirilməsini istəməzdim. ARB-nin şimal bölgəsinin həmkarlarından biri bu videonu xoş məramla yerləşdirib. Amma bu dərəcədə müzakirə mövzusunun olmağını istəməzdim. Dünəndən nə qədər zəng gəlir. Hamı soruşur ki, yaxşısan. Deyirəm köhnə videodur. Mən hərhansı bir tədbirə tez getməyi xoşlayıram. Tədbirə tez getdim, dayanmış skuterə mindim,sürmək mümkün deyildi. Bu, ləzzət eləmədi. Sonradan istədim skuterə minim. Bu, mənim texniki bacarıqsızlığım idi. Indiyə qədər heç bir velosiped də sürməmişdim.