Logo

Bakıda cinayətkar tərəfindən soyulan 10 yaşlı qızın GÖRÜNTÜLƏRİ yayıldı


Paytaxtda qəribə cinayət hadisəsi baş verib

Topxeber.az faktor.az-a istinadən xəbər verir ki, naməlum qadının şəhər sakini Yusubov Həsənin və azyaşlı qızının başına açmadığı oyun qalmayıb.

Belə ki, həmin şəxs Xətai rayonu Cavanşir küç. 21-də yerləşən meyvə-tərəvəz mağazasından alış-veriş etdikdən sonra, mağazanın sahibi Y. Həsənə pulqabısının evdə qaldığını, həyat yoldaşının da daim burdan alış - veriş etdiyini və evinin bura çox yaxın olduğunu söyləyib.

Mağaza sahibinin kiçik qızı da pulu vermək məqsədi özü ilə aparan qadın qızın qızıl sırğalarını da bəhanə ilə əlindən alıb və onu binanın 5-ci mərtəbəsində bir qapıya göndərərək “ordan sənə 100 manat verəcəklər aparıb atana verərəsən” deyib.

Ancaq kiçik qız qapını döysə də açan olmayıb. Mağaza sahibinin qızı Yusubova Leyla geri qayıdanda isə qadının binanın yanında tapmayıb. Üstəlik, mağaza sahibi almadığı 100 manatın qalığını da həmin qadına veribmiş.

Zərərçəkən şəxs hadisə bağlı polisə ərizə ilə müraciət edib. Xətai rayon polis şöbəsində faktla bağlı araşdırma aparılır.