Logo

Məcburi köçkünlərin məskunlaşdığı binada yanğına görə 55 nəfər təxliyə edildi - YENİLƏNİB


Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın zamanı üçmərtəbəli korpusun 1-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otağın və dəhlizin yanar konstruksiyaları, binaya bitişik tikilmiş ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları 18 m² sahədə yanıb.

Topxeber.Az bildirir ki, Yuxarı mərtəbələrdəki tüstülənmiş otaqlardan 55 nəfər sakin FHN=nin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyə edilib. Bina yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

*** 16:00

“Tüstüdən zəhərlənmə olub. 7 nəfər şöbəyə yerləşdirilib”. 

Bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Topxəbər.az-a açıqlamasında deyib: “Onlardan ikisi uşaqdır, uşaqlarda heçnə yoxdur, evə buraxmışıq. Beş nəfər də  böyükdür. Vəziyyətləri stabildir. Tədbirlər görmüşük.  Bir azdan onları da evə buraxacağıq”-deyə, A. Maqsudov bildirib.

*** 15:40

Bakının Pirşağı kəndində yerləşən "Gilavar” sanatoriyasında yanğındavam edir. 

Topxeber.az bildirir ki, hHadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının qarşısının alınması ilə bağlı tədbirlər görülür. Tüstüdən zəhərlənənlər var.

***

Bakının Pirşağı kəndində yerləşən "Gilavar” sanatoriyasında yanğın başlayıb.

Topxeber.azbildirir ki, bu barədə Yenicag.az-a hadisə şahidləri məlumat veriblər.

Məcburi köçkünlərin yaşadığı sanatoriyada yanğın binanın zirzəmisindən başlayıb.

Tüstüdən zəhərlənənlərin olduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.