Logo

Deputatın səhhətində problem yarandı


Milli Məclisin sədr müavini Bahar Muradova əməliyyat olunub.

Topxeber.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, xanım deputatın səhhəti qəfildən pisləşib və dərhal paytaxtdakı özəl klinikalardan birinə yerləşdirilib. Onun belindən əməliyyat olunduğu bildirilir.

Qeyd edək ki,əməliyyatdan sonra xanım deputat evində müalicəsini davam etdirir, hazırda yeriyə bilmədiyi deyilir.
 
Bahar Muradovanın telefonuna cavab verən xanım deputatın səhhətinin normal olduğunu bildirib.

***

B. Muradovanın köməkçisi Bəhruz Seyidəhmədli "Qafqazinfo" ilə əlaqə saxlayaraq xanım deputatın əməliyyat olunmadığını deyib: "Sadəcə bu günlərdə Bahar xanım klinikada müayinə olunub, amma əməliyyat edilməyib. Hazırda özünü yaxşı hiss edir və Milli Məclisdə bu gün keçiriləcək plenar iclasa qatılacaq".